16 
iyn
2023
11:35
216

Dövlətə xəyanətdə ittiham olunan şəxs azadlığa buraxıldı - Məhkəmə tarixində İLK

16 iyn, 2023
11:35
216

Dövlətə xəyanətdə ittiham olunan şəxs azadlığa buraxıldı - Məhkəmə tarixində İLK

Dövlətə xəyanətdə ittiham olunan Sədayıl Şükürov azadlığa buraxılıb.

Den.az xəbər verir ki, bu barədə "Bakupost"a onun vəkili Babək Həmidov məlumat verib.

Vəkil bildirib ki, S. Şükürov dövlətə xəyanətdə ittiham olunan Azərbaycan tarixində məhkəmə zalından azad edilən ilk və tək şəxsdir:
“22 yanvar 2018-ci il, həbs olunduğu ilk gündən 31 may 2023-cü il, azad olunduğu günə qədər vəkili oldum. 5 il, 4 aylıq şəxsimə yönələn təhqir və təzyiqlərlə müşayiət olunan ağır, gərgin məhkəmə istintaqının sonunda həbsinin 4 ilini ölkədəki tək, xüsusi rejimli cəzaçəkmə müəssisəsi olan Qobustan Qapalı Həbsxanasında (Krıtıda) cəza çəkən müdafiə etdiyim şəxsin azadlığa qovuşmasına səbəb olmaq vəkillik fəaliyyətimin ikona işi oldu.

Ümumilikdə 20 hakimin, 9 prokurorun və bir müstəntiqin iştirakı, onlarla şahidin dindirilməsi, yüzə yaxın məhkəmə iclası və istintaq hərəkətləri ilə araşdırılan cinayət işində qanunsuz ittihama qarşı qətiyyətli müdafiəmiz dəyişmədi.
Nəticədə isə azad olunan şəxsin azyaşlı övladları və ailə üzvləri ilə sevinc göz yaşları içərisində qovuşmasını seyr etmək, bu sevincin bir parçası olmaq əvəzedilməz hissdir”.

Qeyd edək ki, Sədayıl Şükürov 2018-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dövlətə xəyanət, tabeliyindəki hərbi qulluqçunu döymə, döyüş növbəsi qaydalarını pozma cinayətlərini törətməkdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar