Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında 2026–2027-ci illər üzrə məsləhətləşmələr planı imzalanıb.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən danışıqların yekununa dair açıqlamasında bildirib.
Lavrovun sözlərinə görə, danışıqlar etimadlı və konstruktiv şəraitdə keçib.
“Xarici siyasət idarələrinin rəhbərləri səviyyəsində faydalı və etimadlı danışıqlar apardıq. Münasibətlərimizin dostluq, mehriban qonşuluq və Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə ruhunda ardıcıl inkişaf etdiyini qeyd etdik. Bakı ilə Moskva arasında ən yüksək səviyyədə müntəzəm dialoqu vurğuladıq”, – deyə Rusiya XİN rəhbəri bildirib.
İmzalanan sənəd iki ölkənin xarici işlər nazirlikləri arasında qarşıdakı iki il üzrə əməkdaşlıq və məsləhətləşmələrin qrafikini müəyyənləşdirir.

