Çərşənbə axşamı Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yayılan məlumatda bildirilib.
Qeyd olunub ki, tərəflər beynəlxalq gündəmdəki mövcud vəziyyət, Rusiya–ABŞ münasibətləri və ikitərəfli təmasların qrafiki ilə bağlı fikir mübadiləsi aparıblar.
Məlumata görə, danışıq konstruktiv və işgüzar atmosferdə keçib.

