Azərbaycan və Rusiya ikitərəfli münasibətlərdə yaşanan çətin mərhələni geridə qoyub və əməkdaşlığın bütün istiqamətlərini tam normallaşdırıb.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib. Konfransın yayımını NEWS.ru aparıb.
“Yaxın keçmişdə ikitərəfli münasibətlərimizdə müəyyən çətinliklərlə üzləşmişdik. Məmnunluq hissi ilə qeyd etmək istəyirik ki, iki dövlət olaraq münasibətlərimizdəki bu mürəkkəb mərhələni geridə qoya və Rusiya–Azərbaycan əlaqələrinin bütün spektrini tam normallaşdıra bildik”, – deyə nazir vurğulayıb.
Ceyhun Bayramov bildirib ki, Bakı ilə Moskva arasındakı münasibətlər müttəfiqlik qarşılıqlı fəaliyyəti xarakteri daşıyır.
Nazirin sözlərinə görə, Azərbaycan və Rusiya xalqları arasında mövcud olan möhkəm əlaqələr dövlətlərarası münasibətlərin əsasını təşkil edir.

