Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Abbas Arakçinin təşəkkür sözlərinə münasibət bildirib.
Azərbaycanlı diplomat X sosial şəbəkəsində yazıb ki:
“Səmimi sözləriniz və təşəkkürünüz bizim üçün çox dəyərlidir. Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır. Bu, ölkələrimiz arasında qarşılıqlı hörmətin və tarixi əlaqələrin əsasını təşkil edir”
Qeyd edək ki, daha əvvəl Seyed Abbas Arakçi Azərbaycan dilində paylaşım edərək Azərbaycan rəhbərliyinə və xalqına təşəkkürünü ifadə etmişdi.
O, xüsusilə humanitar yardıma görə və digər ölkələrdən yardımın çatdırılması üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.
“Bu çətin günlərdə göstərilən dəstək İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə əsaslanır”, deyə nazir bildirib.

