Azərbaycanla Rusiya arasında iqtisadi sahədəki tendensiya qlobal problemlərə baxmayaraq, ümumilikdə müsbətdir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar zamanı bildirib.
“Dünya iqtisadiyyatında mövcud olan bütün çətinliklərə baxmayaraq, ümumilikdə ölkələrimiz arasındakı tendensiya müsbətdir”, – deyə Azərbaycanın xarici işlər naziri vurğulayıb.
Ceyhun Bayramov həmçinin bildirib ki, Azərbaycan Rusiya ilə qarşılıqlı maraq doğuran regional və beynəlxalq gündəlikdəki bütün məsələləri müzakirə etməyə hazırdır.
“Naturaldır ki, qarşılıqlı maraq doğuran regional və beynəlxalq gündəliyin bütün məsələlərini, o cümlədən təmaslarımızı və beynəlxalq platformalardakı əməkdaşlığımızı müzakirə etməyə hazır olacağıq”, – deyə nazir əlavə edib.

