19 
avq
2023
13:32
248

Dəhşətli qəzada qolunu itirən “Nikosayağı”nın son vəziyyəti açıqlandı

19 avq, 2023
13:32
248

Dəhşətli qəzada qolunu itirən “Nikosayağı”nın son vəziyyəti açıqlandı

“Bloqer Nicat Şakirlinin ümumi vəziyyəti stabil olaraq qalır”.

Den.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın yol-nəqliyyat hadisəsində qolunu itirən bloqerin vəziyyəti ilə bağlı sorğusuna cavab olaraq bildirilib.

“Reanimasiya şöbəsində müalicələri aparılan Nicat Şakirlinin vəziyyəti qənaətbəxş hesab edilir. Xəstənin lazımi müayinələrdən keçirilməsi və dinamik müşahidə davam etdirilir. Rutin müalicə prosesi aparılır”.

Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar