Amerikalı reper Kanye West (indiki səhnə adı Ye) nasizmi dəstəkləyən və antisemit bəyanatlarına görə yəhudi xalqından üzr istəyib.
DenMedia.az xəbər verir ki, bu barədə Mərakeşin baş ravvini Yeşayahu Yosef Pinto məlumat verib. O, sənətçi ilə şəxsi görüş keçirib.
“Ye yəhudi xalqı ilə bağlı əvvəlki açıqlamaları üçün dərin peşmançılığını bildirdi. Ravvin Pinto onu mehribanlıqla qarşıladı, Tövratın kəlamları ilə ruhlandırdı və həqiqətə yaxınlaşmaq istəyini yüksək qiymətləndirdi,” — deyə ravvinin X sosial platformasındakı paylaşımında qeyd olunub.
Son illərdə Kanye West tez-tez nasizm və köləliklə bağlı qalmaqallı açıqlamaları ilə gündəmə gəlirdi, bəzən nasis simvolikasını açıq şəkildə nümayiş etdirirdi. Məsələn, o, may ayında çıxardığı mahnısında nasist salamını xatırladan ifadəni təkrarlamışdı.

