Braziliya polisi amerikalı reper Kanye Westi, nasist ideologiyasını əsaslandıran mahnılar ifa etdiyi halda, həbs etməyə hazırdır.
Bu barədə yerli portal Poder360 məlumat verib. Sənətçinin konserti 29 noyabrda San-Pauluda keçirilməlidir.
Şəhər meri Rikardu Nunes, tədbirin bələdiyyəyə məxsus heç bir məkanda keçirilməsini qadağan edib. Eyni zamanda, yerli prokurorluq Kanye Westin mümkün həbsi üçün polis əməkdaşlarını hazırlayıb.
Təşkilatçılar hazırda yeni konsert məkanı axtarmağa davam edirlər. Kanye Vestin Adolf Hitleri tərənnüm edən mahnılar ifa etməsi ciddi hüquqi nəticələrə səbəb ola bilər.

