Məşhur türk müğənnisi Çelik daha əvvəl vətəndaşların baqqal borclarını bağlaması ilə gündəmə gəlmişdi.
Bu dəfə isə sənətçi fərqli bir addımı ilə diqqət çəkib. Çelik, Samsunun İlkadım rayonunda küçələrdə kağız toplayaraq dolanışığını təmin edən Serpil xanıma dəstək olub.

Müğənni Serpil xanıma kömək etmək üçün küçələrdəki konteynerlərdən kağız toplayıb.

