“Oskar” mükafatlı aktyor Al Paçino Nyu-Yorkda keçirilən tədbirlərdən birində kameralara tuş gəlib.
Uzun müddətdir ictimai tədbirlərdə və kamera qarşısında çox görünməyən məşhur aktyorun tədbirə qatılması böyük maraq doğurub.
“Xaç atası”, “Çapıqlı üz” və “Qadın ətri” kimi filmlərlə kino tarixinə adını yazdıran Al Paçinonun son görüntüsü diqqət çəkib. İllərin təsiri ilə xeyli dəyişdiyi görünən aktyorun yorğun görünüşü də nəzərdən qaçmayıb.

Karyerası boyunca çoxsaylı mükafatlara layiq görülən və dünya kinosunun ən önəmli simalarından biri hesab edilən Al Paçino 86 yaşında olmasına baxmayaraq, hələ də ictimaiyyətin maraq dairəsində qalır.

Hollywoodun yaşayan əfsanələrindən sayılan aktyorun tədbirdə görünməsi sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

