Türkiyə teatr və kino dünyasının əfsanəvi simalarından biri, rejissor, aktyor və pedaqoq Haldun Dormen 96 yaşında vəfat edib.
Haldun Dormen Türkiyə müasir teatrının formalaşmasında mühüm rol oynayan sənətkarlardan biri hesab olunurdu. O, Dormen Teatrını yaradaraq səhnəyə yeni üslub, dinamika və peşəkarlıq gətirib, onlarla aktyorun yetişməsinə töhfə verib. Dormen həm klassik, həm də müasir əsərlərin uğurlu səhnə həlləri ilə tanınıb, televiziya və kinoda da iz qoyub.
Uzun illər ərzində o, rejissor, aktyor və müəllim kimi fəaliyyət göstərib, sənətə yanaşması və gənclərə verdiyi dəstək ilə böyük hörmət qazanıb. Haldun Dormenin vəfatı Türkiyə mədəniyyəti üçün böyük itki kimi qiymətləndirilir.

