Amerikalı müğənni Oliver Tree Rio-de-Janeyronun cənub-qərbində yerləşən Rekreyu-dus-Bandeyrantis rayonunda iki helikopterin toqquşması nəticəsində həlak olub. Bu barədə CNN Brazil polisə istinadən məlumat yayıb.
Məlumata görə, aviaqəzada ümumilikdə altı nəfər ölüb. Onlardan beşi, o cümlədən musiqiçi Oliver Tree və argentinalı “YouTube” bloqeri Qaspar Prim eyni helikopterdə olub. Digər helikopterdə isə yalnız pilotun olduğu bildirilir.

Toqquşmadan sonra helikopterlər elektromobillərin dayanacağına düşüb. Nəticədə ən azı 20 avtomobil yanıb. Qəzanın səbəbləri hələlik məlum deyil.
Oliver Tree, əsl adı ilə Oliver Tree Nickell, “When I’m Down”, “Life Goes On”, “Alien Boy” və “Hurt” mahnıları ilə tanınırdı. Onun 32 yaşı var idi.
Müğənni Rio-de-Janeyroda dünya turnesi çərçivəsində səfərdə olub.

