Xaçmaz rayonunda ümumrayon şənliyi keçirilib.
"Den.az"-ın yerli bürosu xəbər verirki, Şəxsiyyətlər parkında təşkil olunan bayram tədbirində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və içtimaiyyət nümayəndələri iştirak ediblər.
Novruz atributları və rəmzləri ilə bəzədilmiş park sakinlərə əsl bayram əhval-ruhiyyəsi bəxş edib.
Tədbirdə Bahar qızı qonaqları elimizin qədim adəti olan şərbətlə qarşılayıb. Daha sonra Novruz tonqalı alovlandırılıb.
Milli geyimli qızlar və oğlanlar tonqalın ətrafında dövrə vuraraq yallı gediblər.
Rayon rəhbərliyi və qonaqlar Novruzun özənəməxsus xüsusiyyətlərini və milli adət-ənələrimizi əks etdirən eksponatlarla tanış olublar. Parkda xalq sənətkarlarının əl işləri, rəssamların tabloları, Novruzla bağlı mərasimlər nümayiş olunub, aşıqların ifasında qədim folklor nümunələri dinlənilib, məktəblilər şeirlər oxuyub, idmançılar və pəhləvanlar qüvvələrini sınayıblar.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayon ictimaiyyətini Novruz bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Qonaqlar rayonda istehsal olunan məhsulların sərgisi ilə tanış olub, bayram süfrələrində milli mətbəximizin təamlarından dadıblar.
Novruzun personajları olan Kosa və Keçəlin şən zarafartları, Bahar qızının könülləri oxşayan təbrik sözləri sakinlərdə xoş ovqat yaradıb.
Novruz şənliyi geniş bayram konserti ilə davam edib. Milli rəqslər, Vətənimizi tərənnüm edən musiqilər və şən mahnılar xaçmazlıların bayran əhval ruhiyyəsini bir qədərdə yüksəldib.
Nüşabə Mikayılqızı
Den.az
Xaçmaz rayonunda “Sehirli Novruz” adlı bayram şənliyi keçirilib-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.