Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva İyulun 7-də keçirilmiş qəbul imtahanında 700 bal toplayan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin məzunu Şəbnəm Novruzova ilə görüşüb.
Bu barədə Den.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Görüş zamanı Şəbnəm Novruzova imtahanın onun üçün əla keçdiyini 700 bal toplayacağını gözlədiyini qeyd edib. Təhsilini ADA Universitetində Maliyyə ixtisası üzrə davam etdirmək istəyən Şəbnəm bir daha bu yolda ona dəstək olanlara öz minnətdarlığını bildirib.
İdarə müdiri bir daha Şəbnəmi belə yüksək nəaliyyətinə görə təbrik edərək, ona gələcək təhsil həyatında və fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 1 nəfər göstərib. İmtahanda 400 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal yığıb.
O, qəbul imtahanının I cəhdində 393 (ümumi olaraq 693) bal toplamışdı. Abituriyent daha sonra qəbul imtahanının II cəhdində iştirak edərək 400 bal, 2 imtahanın nəticəsinə əsasən isə 700 bal yığıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsində maksimal 700 bal toplayan tələbəylə görüş keçirilib-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.