16 
iyn
2023
18:10
288

“Həkəri körpüsü Azərbaycanın olub”: Tikinti materiallarını verən polkovnik nələri açıqladı?

16 iyn, 2023
18:10
288

“Həkəri körpüsü Azərbaycanın olub”: Tikinti materiallarını verən polkovnik nələri açıqladı?

Ermənistan Azərbaycana qarşı növbəti ərazi iddiası irəli sürüb. 

Bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin yaydığı məlumatdan aydın görmək olar. Belə ki, rəsmi İrəvan iyun ayının 15-də “Laçın” sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması və Azərbaycan əsgərinin yaralanmasını guya Ermənistanın ərazisinə müdaxilənin baş verməsi ilə izah etməyə çalışıb. Ermənistan tərəfi iddia edir ki, Azərbaycan əsgəri bu ölkənin ərazisinə keçərək orada Azərbaycan bayrağını qaldırmaq istəyib. 

“İyunun 15-də saat 08:40 radələrində Azərbaycan sərhəd xidmətinin bir qrup hərbi qulluqçusu Ermənistan Respublikasının ərazisində bayraq sancmaq məqsədilə Həkəri körpüsünə doğru hərəkət etməyə cəhd göstərib... Məlumata görə, Ermənistan tərəfinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan hərbçilərinin irəliləyişinin və Ermənistan Respublikası ərazisində bayrağın sancılması cəhdinin qarşısı alınıb”,-Ermənistan Milli Təhlükəsizlik xidmətini yaydığı açıqlamada qeyd edilir. 
Xatırladaq ki, Ermənistan tərəfinin açdığı snayper atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgəri Elşən Rüstəmov Həkəri çayının üzərindəki körpünün əks tərəfdən giriş hissəsində dövlət bayrağını ucaldarkən güllə yarası alıb. 
Göründüyü kimi, rəsmi İrəvan Həkəri çayı üzərindəki körpünü Ermənistan ərazisi kimi təqdim etməklə Azərbaycana qarşı torpaq iddiasını davam etdirir. Halbuki, Həkəri çayı və onun ərazisi tarixən Azərbaycana məxsus olub. Bu, SSRİ dövrünün bütün xəritələrində və hüquqi sənədlərində də öz əksini tapıb.

Qeyd edək ki, Laçın-Xankəndi yolunda Azərbaycana məxsus sərhəd-buraxılış məntəqəsi Həkəri çayının şərq sahilində, körpünün giriş hissəsində yerləşir. Lakin Həkəri körpüsünün digər başında da, yəni Ermənistanın Gorus rayonuna gedən yola çıxış hissəsində nəzarət-buraxılış vasitəsinin qoyulması, Azərbaycan ərazisində daxil olunduğunu bildirən bayrağın ucasldılması və məlumat lövhəsinin yerləşdirilməsi qanunauyğundur. Çünki bu ərazi tarixən Azərbaycana məxsus olub. 

Üstəlik, adıçəkilən körpü 2021-2022-ci illərdə 10 noyabr 2020-ci ildə imzalanmaış üçtərəfli Bəyanata uyğun olaraq, Laçın şəhərindən yan keçməklə çəkilməli olan dəhlizin tərkib hissəsi kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilib. Ermənistan isə sərhədlərin delimitasiyası və demarkasiyası aparılmadan Azərbaycana məxsus körpünü öz ərazisi elan edib. 
Eyni zamanda, Ermənistan Həkəri çayının yatağına və sahil hissəsinə də iddia irəli sürür. Bununla da Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair 2022-ci ilin oktyabr ayında Praqada və 2023-cü ilin may ayında Brüsseldə əldə edilmiş razılaşmanı rəsmən pozub. Yəni Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkmir. 

Den.az xəbər verir ki, yaranmış vəziyyəti Cebhe.info-ya şərh edən Birinci Qarabağ müharibəsində Laçın alayının komandiri olmuş polkovnik Arif Paşa bildirib ki, Həkəri çayı üzərində birinci körpü 1980-ci illərdə Xəzərdənizneft İstehsalat Birliyinin “Xəzərdəniztəmirtikinti” trestinin 3 saylı idarəsi tərəfindən inşa olunub:

“Həmin vaxt idarənin müdiri Elxan Səfərəliyev mənə zəng etdi və tikinti materiallarının verilməsini xahiş etdi. Mən Laçın Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini idim. Biz lazım olan materialları göndərdik və Həkəri çayı üzərində körpü tikildi.

Lakin hazırda üzərində sərhəd-buraxılış məntəqəsi quraşdırılan körpü haqqında danışdığımız deyil və son illər Azərbaycan Avtomobil Yolları Dövlət Agentiliyi tərəfindən inşa edilib. Bu körpü Gorus rayonunun Gorunzor kəndinə aparan yolun üstündədir. Yəni körpü başdan ayağa Azərbaycana məxsusdur. Lakin ermənilər həyasızcasına yolun başlanması üçün bəhanə axtarıb tapmağa çalışır. Sonra da yolun bağlanmasını əllərində dəstəvuz edib dünyaya car çəkmək istəyirlər ki, Azərbaycan bizi blokadaya salıb.
Bu yolla özlərini yazıq millət kimi qələmə verirlər. Ermənilər ləyaqətsizlik edib təxribata əl atmaqla yolun bağlanmasına nail oldular. Hesab edirəm ki, biz nə qədər humanizim nümayiş etdirsək də, ABŞ, Fransa, Rusiya bizi günahkar sayır. Biz nə qədər insanpərvərlik nümayiş etdirsək də, Fransa erməniləri müdafiə edir. Ona görə də mən dünya ictimaiyyətinin nə deyəcəyinə əhəmiyyət vermədən yolun bağlanmasının tərəfdarıyam. Orada bizim postlarımız qurulmalıdır".
Necə olur ki, Azərbaycan dövləti özünün Naxçıvan kimi böyük bir ərazisi ilə əlaqə saxlaya bilmir, amma biz ermənilərə gediş-gəliş üçün hər cür şərait yaratmalıyıq?

Məsələ isə konkret belə qoyulmalıdır:

“Qarabağda yaşayan erməni, sən Azərbaycan vətəndaşlığını qəbul edirsən, ya yox?” Erməni sakin Azərbaycan vətəndaşlığını qəbul edəcəyi təqdirdə Həkəri körpüsündən istifadə edə bilər. Eyni zamanda, orada sərhəd-buraxılış məntəqəsi fəaliyyət göstərməlidir.
Bu şərti qəbul edən erməni Azərbaycanın istənilən ərazisinə sərbəst gedə bilər. Ancaq Qarabağda yaşayan erməni vətəndaşların ən yaxşı körpüsü onun cibində olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsidir. Bu sənəd olmasa, onlar çıxıb Ermənistana getməlidirlər. Qarabağda yaşayan ermənilər bir istiqamət tanıyır. Bu da Ermənistandır. Bunun adı isə separatçılıqdır”. 
Polkovnik bildirib ki, digər tərəfdən, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi həyata keçirilməyib: 

“Deməli, sərhəd hüquqi cəhətdən təmin olunmayıb. Ona görə də Azərbaycan əsgərinin hər hansı sərhədi pozmasından söhbət belə gedə bilməz. Sülh müqaviləsinin imzalanmaması da Ermənistanın günahıdır. Ermənistan bilərəkdən sülh sazişindən və sərhədlərin müəyyənləşməsindən yayınır.

Məqsəd isə günahı Azərbaycanın üzərinə atmaqdır. Azərbaycan Sovet İttifaqının tərkibinə daxil olduğu 114 min kvadrat kilometrlik ərazisini geri qaytarmalıdır. Biz həmin xəritələr əsasında sərhədin delimitasiyasını və demarkasiyasını aparmalıyıq. Həkəri çayı və ətraf ərazilər də tarixən Azərbaycana məxsus olub. Eləcə də Həkəri körpüsü Azərbaycan dövlətinin mülkiyyətidir. Biz istəsək o körpünün baş tərəfində, istəsək ayaq tərəfində bayraq ucalda bilərik. Bunun Ermənistana dəxli yoxdur.
Biz ermənilərin normal hərəkəti üçün körpü tikdik, şərait yaratdıq, amma onlar həmin yoldan istifadə edərək Azərbaycanın ərazisinə silah, sursat və mina daşıdılar. Axı ermənilərin yüzlərlə maşını Qarabağla Ermənistan arasında gedib gəlməlidir? Nə üçün qalib olduğumuz halda güzəştə gedən Azərbaycan tərəfi olmalıdır? Bütün bunlar bir döyüşçü kimi mənə təsir edir”. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar