Konqo Demokratik Respublikasında hökumət nümayəndə heyətinin təyyarəsi eniş zamanı alovlanıb.
DenMedia.az xəbər verir ki,nazir və onu müşayiət edən şəxslər göyərtədə olublar.
Yerli nəşr olan “Actualite”nin məlumatına görə, rəsmilər çökmüş mədəndə baş verən fövqəladə vəziyyəti araşdırmaq üçün bölgəyə getmək istəyiblər.
Ekipaj və sərnişinlər tez bir zamanda təxliyə ediliblər və heç kim xəsarət almayıb. Təyyarə demək olar ki, tamamilə məhv olub. Yanğının səbəbi araşdırılır. Nəşr təyyarədə olan nazirin adını açıqlamayıb.


