Daily Mirror yazır ki, düz 30 il gizlənən manyak-polis Djozef Deandjelo DNT testi və anadangəlmə fizioloji xüsusiyyəti sayəsində müəyyən edilib. Cinayətkarın əsas tanınma əlaməti — çox kiçik cinsiyyət orqanı — sağ qalan qurbanlar tərəfindən dəfələrlə təsvir olunmuşdu.
Deandjelo 1974–1986-cı illərdə 13 nəfəri qətlə yetirib, 50-dən çox zorakılıq və təcavüz törədib. 2018-ci ildə detektivlər cinayət yerindən toplanmış DNT nümunələrini birbaşa məlumat bazaları ilə müqayisə edərək axtarışı Deandjelo ailəsinə qədər daraldıb.
Sonuncu, həlledici dəlil isə onun üzərində aparılan tibbi baxış zamanı əldə edilib.
Qurbanların hamısı eyni detalı təsvir edirdi, və detektivlər Deandjelonun eyni fizioloji xüsusiyyətə sahib olduğunu təsdiqləyiblər. Jurnalistlər qeyd edir ki, mütəxəssislər həmin əlaməti kameraya çətinliklə qeydə ala biliblər.
Cinayətkar elektrik stulundan yayınmaq üçün 13 qətli etiraf edib. Hazırda 80 yaşlı Deandjelo Kaliforniyada ömürlük cəza çəkir.

