Çəki ilə satılan ədviyyatlarda küf və digər zərərli bakteriyalar ola bilər. Bunu “Qazeta.Ru”ya farmasevtika elmləri namizədi, RTU MİREА-nın biotexnologiya və sənaye farmasiyası kafedrasının dosenti Mariya Zolotaryova bildirib. O qeyd edib ki, problem məhsulun keyfiyyətində deyil, saxlanma şəraitindədir.
Zolotaryovanın sözlərinə görə:
“Havadan ədviyyatların içinə küf göbələklərinin sporları və bakteriyalar düşür. Rütubətli mühitə düşdükdə onlar sürətlə çoxalmağa başlayır. Küf göbələklərinin həyat fəaliyyəti nəticəsində məhsulda insan üçün təhlükəli olan mikotoksinlər yığılır və bu maddələr yüksək temperaturda belə parçalanmır.”
Bioloq əlavə edib ki, kimyəvi çirklənmə də az təhlükəli deyil — ədviyyatlar yaxınlıqda olan məişət kimyası məhsullarından buxarlanan maddələri də özünə çəkir.
O tövsiyə edib ki, ədviyyatları yalnız vakumlanmış, zavod qablaşdırmasında almaq lazımdır.

