15 
iyn
2023
10:00
162

Laçın sərhəd-buraxılış məntəqəsi atəşə tutuldu: Sərhədçimiz yaralandı

15 iyn, 2023
10:00
162

Laçın sərhəd-buraxılış məntəqəsi atəşə tutuldu: Sərhədçimiz yaralandı

15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.

Bu barədə Den.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

“Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar