Almaniya kansleri Fridrix Merts X sosial şəbəkəsindəki paylaşımında Xalq Matəm Günü ilə bağlı mərasimdə çıxış etdiyini və Almaniyanın tarixi məsuliyyətini bir daha vurğuladığını bildirib.
“Dünya çox kövrəkdir. Xalq Matəm Günü bizə xüsusi tarixi məsuliyyətimizi xatırladır. Elə indi — biz özümüzü sülh dövləti kimi dərk edib, sülhümüzü və azadlığımızı güclə təmin etməliyik”, — deyə siyasətçi yazıb.
Qeyd edək ki, Xalq Matəm Günü Almaniyada hər il noyabrın ortalarında qeyd olunur.

