Moskvanın qərb hissəsində ana öz kiçik oğlunu xüsusi amansızlıqla qətlə yetirib. Bu barədə paytaxtın İstintaq Komitəsi məlumat yayıb. İlkin məlumata görə, hadisədən sonra qadın özünə qəsd etməyə cəhd edib və xəstəxanaya yerləşdirilib.
“12 noyabr 2025-ci ildə Moskvada Akademik Anoxin küçəsində yerləşən mənzildə 2019-cu il təvəllüdlü azyaşlı uşağın çoxsaylı kəsici-deşici xəsarətlər və digər zorakılıq izləri ilə müşahidə olunan cəsədi aşkar edilib”, — deyə qurumun açıqlamasında bildirilib.
Faktla bağlı “azyaşlının qəsdən öldürülməsi” maddəsi üzrə cinayət işi başlanıb. Hadisə yerində istintaqçılar və kriminalistlər çalışır. İstintaqa paytaxt İstintaq Komitəsinin rəhbəri Roman Semuşkin şəxsən rəhbərlik edir.
Qurum əlavə edib ki, qadının psixi sağlamlığının qiymətləndirilməsi üçün məhkəmə-psixiatriya ekspertizası təyin olunacaq.

