Sumqayıtda küçə boyu kanalizasiya suları axıb. Sakinlər aidiyyatı üzrə müraciət etsələrdə onlara yalnız gedin özünüz təmizləyin cavabı verilib.
Bu sözləri Den.az-a Sumqayıt şəhər General Məhəmməd Əsədov küçəsinin sakinləri bildirib.
Onların sözlərinə görə, sözü gedən küçədə 4 şəhid ailəsi yaşayır. Ən dəhşətlisi budur ki, dolub daşan kanalizasiya xəttini şəhidin atasına təmizlətdiriblər.
Bildirlib ki, şəhid atasına bu addımı atmağa İri Şəhərlərin Birləşmiş Su Təchizatı Sistemi PHŞ nəzdində Abşeron Bağlar Sukanal idarəsi əməkdaşları məcbur edib. Onlara 44 günlük vətən müharibəsi şəhidi Natiq Əliyevin atası Ramiz Əliyev özü şəxsən zəng vursada , lakin biz gələ bilmərik cavabı verilib. Üstəlik gedib öz kanalizasiyanızı özünüz təmizləyin kimi sözlər işlədilib.
Bütün bunlardan sonra şəhid atası qollarını çirmələyərək əlləri ilə kanalizasiya xəttini açmağa başlayıb.
Mövcud vəziyyətlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Sistemi PHŞ nəzdində Abşeron Bağlar Sukanal idarəsi ilə əlaqə saxladıq. Adı çəkilən qurumun rəhbərliyi bildirib ki, qeyd edilən ərazi üzrə daxil olmuş müraciət üzrə dərhal əməkdaşlar hadisə yerində olmuş və qeyd edilən qəza aradan qaldırılmışdır. Sözü gedən video isə bir neçə ay bundan öncə lentə alınıb.
"Denaz.tv" həmin görüntüləri sizə təqdim edir:
Sumqayıtda şəhid atasına kanalizasiya təmizlətdiriblər? AÇIQLAMA -VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.