İlham Əliyev Azərbaycanda Rəqəmsal İnkişaf Şurasının yaradılması barədə fərman imzalayıb.
Sənədə əsasən, ölkədə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovativ texnologiyalar sahəsində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Fərmana uyğun olaraq, Şuraya sədr vəzifəsinə Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.

