İddiaya görə, Rusiya–Ukrayna müharibəsində Rusiya ordusunun tərkibində döyüşlərə qatıldığı deyilən, əslən azərbaycanlı və meyxanaçı kimi tanınan Vahid Qədimin Luqansk istiqamətində itkin düşdüyü bildirilir.
Məlumata əsasən, hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında paylaşım edərək məsələni ictimailəşdirib.
Onun sözlərinə görə, Rusiyada yaşayan bir tanışının məlumatına əsasən, Vahid Qədim sonuncu dəfə təxminən 20 gün əvvəl əlaqə saxlayıb, Luqansk istiqamətinə yollandıqlarını bildirib və bundan sonra onunla əlaqə kəsilib.
Hazırda məsələ ilə bağlı rəsmi qurumlardan açıqlama yoxdur.

