Pakistan Əfqanıstanın Nangarhar vilayətində yerləşən hədəflərə aviazərbə endirib. Bu barədə Geo telekanalı məlumat yayıb.
23:19 Pakistan Nangarhar üzərində od yağışı – Pakistan havadan zərbə endirdihədəflərə aviazərbə endirib. Bu barədə Geo telekanalı məlumat yayıb.
Eyni zamanda, Pakistanın Media Today portalı təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən xəbər verir ki, Pakistanla sərhəddə baş verən toqquşmalar zamanı azı 22 əfqan hərbçi həlak olub.
Taliban hökumətinin nümayəndəsi isə bir neçə Pakistan hərbi postunun ələ keçirildiyini, həmçinin Pakistan tərəfdən ölən və əsir götürülən hərbçilərin olduğunu bildirib.
22:57 İlkin məlumatlar əfqan tərəfinin böyük itkilər verdiyini, çoxsaylı postların və hərbi texnikanın məhv edildiyini təsdiqləyir.
Pakistanın İnformasiya Nazirliyinin bəyanatında qeyd olunur ki, ölkə özünün ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görəcək.
21:03 Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, əfqan hərbçilər Dürrand xətti boyunca, o cümlədən Xost, Paktia, Nuristan və digər bölgələrdə Pakistan qüvvələrinə qarşı əməliyyatlara başlayıb.
20:54 Taliban hökumətinin nümayəndəsi sərhəddə Pakistan hərbçilərinə qarşı genişmiqyaslı hücum əməliyyatının başlandığını elan edib.
20:45 Əfqanıstan–Pakistan sərhədində şiddətli toqquşmalar başlayıb.
Bu barədə yerli mənbələr sərhəd zonasında davam edən döyüş əməliyyatları ilə bağlı məlumat yayıb.

