Ağdamın "Qarabağ "FK klubunun hücumçusu Kamilo Duran karyerasını İngiltərədə davam etdirmək variantından imtina edib.
Bu barədə Azərisport məlumat yayıb, DenMedia.az xəbər verir.
Kolumbiyalı forvarda Preston North End klubundan təklif daxil olub. Komanda İngiltərə Çempionşipində çıxış edir. Lakin 24 yaşlı futbolçu bu təklifi qəbul etməyib.
Məlumata görə, Duran daha cəlbedici variant gözləyir və yüksək liqa təmsilçisinə transferdə maraqlıdır.
Qeyd edək ki, futbolçunun "Qarabağ" FK ilə müqaviləsi 2027/28 mövsümünün sonunadək qüvvədədir.

