Şöhrət və sədaqət nümunəsi kimi tanınan, ailəsinin belə qəbul etmədiyi boşanmış bir qadınla evlənmək üçün hər şeydən keçməyə hazır olduğunu açıq şəkildə bildirən bir kral... Amma indi onun adı beynəlxalq xəyanət şayiəsi ilə hallanır.
Söhbət Felipe VIdən gedir. Onun adı Argentinanın sabiq prezidenti Mauricio Macrinin keçmiş həyat yoldaşı Juliana Awada ilə birlikdə çəkilir.

İddialara görə, Felipe ilə Juliana arasında okeanları aşan gizli münasibət var və bu münasibət yeni deyil. Bu sensasion iddianı Argentinada yayımlanan bir proqramda aparıcı Rodrigo Lussich səsləndirib və bunu “hər şeyi sarsıdan beynəlxalq əlaqə” kimi təqdim edib.

Şayiələrdə həmçinin iddia olunur ki, Felipe ilə Kraliça Letizia arasında münasibətlər uzun müddətdir yaxşı deyil, hətta kral ayrılmaq istəyir, lakin Letizia buna razılaşmır. Onların bu qərarı varisləri Leonor naminə gecikdirdikləri də irəli sürülür.
Lakin İspaniya mətbuatı bu iddialara demək olar ki, reaksiya verməyib. Bir sıra kral ailəsi ekspertləri xəbəri “tamamilə əsassız” və “saçmalıq” adlandırıb. Hətta aparıcının kralın titulunu səhv deməsi iddiaların etibarlılığına kölgə salıb.

Bəzi şərhçilərə görə, Felipe ilə Juliana arasında olan diplomatik yaxınlıq romantik münasibətlə qarışdırılıb.

Qeyd olunur ki, İspaniya kral ailəsi əvvəllər də oxşar iddialarla gündəmə gəlib. Lakin bu cür şayiələrə baxmayaraq, Felipe ilə Letizia-nın evliliyi davam edir və rəsmi şəkildə hər hansı ayrılıq yoxdur.

