Azərbaycan hökuməti Suriyadan 23 vətəndaşını repatriasiya edib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkəyə qaytarılan şəxslərdən 7-si qadın, 16-sı isə uşaqdır.
Repatriasiya olunan şəxslər Sosial Xidmətlər Agentliyinin müəssisələrindən birinə yerləşdiriliblər.
Onlara ilkin mərhələdə tibbi yardım, eləcə də sosial-psixoloji dəstək göstərilib.
Reabilitasiya prosesi başa çatdıqdan sonra həmin şəxslər yaşayış yerlərinə göndəriləcəklər.
Nazirlikdən qeyd olunub ki, son illər ərzində Sosial Xidmətlər Agentliyi sistemində 600-dən çox repatriasiya olunmuş şəxs sosial reabilitasiyadan keçib.




