2019-cu il noyabrın 1-dən bu günədək Azərbaycan Sosial Xidmətlər Agentliyi tərəfindən 829 uşaq övladlığa verilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasına əsasən, övladlığa verilən uşaqlardan 410-u qız, 419-u isə oğlandır.
Bundan əlavə, 78 uşaq himayədar (patronat) ailələrə yerləşdirilib. Onlardan 44-ü qız, 34-ü oğlandır.

