Azərbaycan beynəlxalq axtarışda olan 1979-cu il təvəllüdlü Dovletgeldi Nursaxedoviç Başımovu Türkmənistana təhvil verib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiyası ilə bağlı Türkmənistan Baş Prokurorluğunun vəsatəti Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
Məlumata görə, Dovletgeldi Başımov Türkmənistanda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredici maddələrin satış məqsədilə qanunsuz əldə edilməsi, saxlanılması və daşınması cinayətlərində təqsirləndirilir.
Beynəlxalq axtarışa verilmiş Başımov 2026-cı ilin martında Azərbaycanda müəyyən edilərək saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra o, Azərbaycanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanına təhvil verilib.

