“Rusiyanın Suriyadakı hərbi bazaları ilə bağlı yekun qərar yoxdur”.
Den.az xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Rusiyanın Suriyada hərbi mövcudluğunun gələcəyi yeni hakimiyyətlə dialoqda həll olunacaq.
“Hazırda bu məsələ ilə bağlı yekun qərar yoxdur. Biz ölkədə vəziyyətə nəzarət edən qüvvələrin nümayəndələri ilə əlaqə saxlayırıq və bütün bunlar dialoq zamanı müəyyən olunacaq”, – deyə Kreml nümayəndəsi vurğulayıb.
Xatırladaq ki, Suriyadakı Rusiya hərbçiləri Xmeymim aviabazasında və Tartusdakı logistika məntəqəsində yerləşir. İkitərəfli razılaşmaya əsasən, Rusiya bazalardan 2066-cı ilə qədər istifadə edə bilər.
Günəş Fərəh
Den.az
“Rusiyanın Suriyadakı hərbi bazaları ilə bağlı yekun qərar yoxdur” - Peskov

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.