Rusiyanın Rostov vilayətində zibil qutusunda yeni doğulmuş körpə meyiti tapılıb.
Den.az yerli mediaya istinadla bildirir ki, meyit Rostov-na-Donuda Platon Klyatı küçəsində zibil konteynerində aşkarlanıb. Araşdırma zamanı uşağın anasının şəxsiyyəti müəyyən edilib; onun 28 yaşlı Rostov sakini olduğu üzə çıxıb.
Region İstintaq Komitəsinin açıqlamasında bildirilir ki, hadisə əsasında müstəntiqlər Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (Qətl) ilə cinayət işi açıblar və cinayətin bütün halları aydınlaşdırılır.