Oktyabrın 2-də axşam Münhen hava limanı bir neçə saatlıq uçuşları dayandırmağa məcbur qalıb.
DenMedia.az - ın məlumatına görə, səbəb – ərazidə dron göründüyü barədə məlumatlar.
Rəsmi məlumata görə, hadisə nəticəsində 17 reys ləğv olunub, daha 15 təyyarə isə Ştutqart, Nürnberq, Frankfurt və Vyanaya yönləndirilib. Nəticədə təxminən 3 min sərnişinin planı pozulub.
Uça bilməyənlər üçün terminallarda müvəqqəti yataq yerləri qurulub, sərnişinlərə yorğan, qəlyanaltı və içkilər verilib.
Deutsche Welle yazır ki, dron barədə məlumatı bir neçə şahid təsdiqləyib. Lakin polisin apardığı yoxlamalarda nə şübhəli obyekt, nə də şəxs aşkarlanmayıb.