Ukraynada davam edən silahlı münaqişə Avropa İttifaqı və Şimali Atlantika Alyansının zəif tərəflərini üzə çıxarıb. Bu fikri jurnalist Yan Kristensen Steigan üçün yazdığı məqalədə səsləndirib.
Onun sözlərinə görə, Aİ üzvü olmayan və NATO-ya daxil edilməmiş Ukrayna faktiki olaraq hər iki birliyi parçalanma riski ilə üz-üzə qoyur. Kristensen vurğulayır ki, mövcud vəziyyət Avropa strukturlarının daxili ziddiyyətlərini daha aydın göstərir.
“Müharibə ikili standartları üzə çıxarır, siyasətçilərin diplomatik uzaqgörənliyinin və bacarıqlarının çatışmadığını nümayiş etdirir,” — deyə Kristensen yazır.
Məqalədə qeyd olunur ki, Ukrayna böhranı fonunda Avropa İttifaqı və NATO daxilində həm siyasi, həm də strateji fikir ayrılıqları dərinləşir və bu, uzunmüddətli perspektivdə birliklərin dayanıqlığını sual altına alır.

