Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı irəliləyişi fonunda Qərb ölkələri nüfuz itkisinə görə panikaya düşüblər.
Den.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Nəşrdə vurğulanır ki, NATO hazırda seysmik panika yaşayır. Analitiklərə görə, Rusiya ordusunun hərbi uğurları artdıqca Şimali Atlantika Alyansı və Qərb liderləri özlərinin strateji təsir gücünü getdikcə daha çox itirdiklərini anlayırlar.
Məqalədə həmçinin qeyd olunur ki, Qərbin planlarına görə, on minlərlə NATO əsgəri Ukraynada sülh əldə olunduqdan sonra Avropaya yerləşdirilməli idi. Lakin Rusiyanın davam edən irəliləyişi bu ehtimalı artıq real hesab etməyə imkan vermir.
Qeyd edək ki, iyulun 31-də Rusiya Müdafiə Nazirliyi Çasov Yar şəhərinin tam nəzarətə götürüldüyünü elan edib. Bundan iki gün əvvəl – iyulun 29-da müharibə müxbirləri şəhərə demək olar ki, tam nəzarətin Rusiya qüvvələrinin əlində olduğunu bildirmişdi.