Ukrayna sülh razılaşması çərçivəsində yalnız Qərb müttəfiqlərindən etibarlı təhlükəsizlik zəmanətləri aldığı halda güzəştlərə gedə bilər. Bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful açıqlama verib.
Nazirin sözlərinə görə, bu zəmanətlərin təmin edilməsində ABŞ və Avropa ölkələri əsas rol oynamalıdır.
“Bu, real öhdəliklər və Rusiyanın mümkün yeni hücumu halında Ukraynaya dəstək verməyə hazır olmaq deməkdir”, — deyə o vurğulayıb.
Vadeful qeyd edib ki, konkret təhlükəsizlik zəmanətlərinin müzakirəsi yalnız atəşkəsdən sonra və Moskvanın sülhə ciddi hazır olduğunu nümayiş etdirdiyi halda mümkündür.
“Hələlik biz bunu görməmişik”, — deyə Almaniya XİN rəhbəri əlavə edib.

