DenMedia.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Laos mediası üçün yazdığı məqalədə bildirib ki, Ukrayna münaqişəsinin davamlı həlli yalnız onun ilkin səbəblərinin aradan qaldırılması ilə mümkündür.
Nazirin sözlərinə görə, əsas məsələ Rusiyanın təhlükəsizliyinə real təminatlar verilməsi və NATO-nun genişlənməsindən qaynaqlanan risklərin aradan qaldırılmasıdır.
Lavrov yazır:
“Davamlı siyasi həll yalnız Rusiyaya etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi, təcavüzkar NATO ekspansiyasından doğan təhdidin neytrallaşdırılması və Ukraynanın bu hərbi bloka cəlb edilməsi cəhdlərinə son qoyulması ilə mümkündür.”
Bununla yanaşı nazir vurğulayıb:
“Ukrayna hakimiyyətinin nəzarətində olan ərazilərdə rusların və rusdilli insanların hüquqlarının təmin olunması da az əhəmiyyət daşımır.”

