Pentaqon ABŞ vətəndaşlarını Prezidentlər Günü münasibətilə təbrik edərkən hazırkı lider Donald Trampı sabiq prezidentlər Corc Vaşinqton və Avraam Linkoln ilə eyni sırada göstərib. Müdafiə qurumu müvafiq paylaşımı X sosial şəbəkəsində yayımlayıb.
Paylaşımda Donald Trampın qara-ağ fotosu — qırmızı qalstukla — arxa planda Corc Vaşinqton və Avraam Linkolnun portretləri fonunda təqdim olunub. Prezidentlərin təsvirlərinin altında ABŞ-ın strateji bombardmançısı olan B-2 təyyarəsinin silueti yerləşdirilib.

