Vaşinqton və Tehran arasında danışıqların növbəti raundunun gələn həftənin əvvəlində keçirilməsi gözlənilir.
Bu barədə cümə günü ABŞ prezidenti Donald Tramp açıqlama verib.
“Biz gələn həftənin əvvəlində yenidən görüşəcəyik. Onlar razılaşma bağlamaq istəyirlər. Onların razılaşma istəməsi lazımdır”, — deyə Donald Tramp Floridaya uçuş zamanı təyyarəsinin göyərtəsində jurnalistlərlə söhbətində bildirib.

