Serbiyanın daxili işlər naziri İvitsa Daçiç ağır vəziyyətdə hospitalizasiya olunub.
Bu barədə DenMedia.az Blic telekanalına istinadən xəbər verir.
Mənbələrin bildirdiyinə görə, daha əvvəl nazirə iki tərəfli pnevmoniya diaqnozu qoyulmuşdu. Onun vəziyyəti qəfil pisləşib və hazırda həyati dəstək aparatlarına qoşulub.
Serbiya Prezidenti Aleksandar Vuçiç xəstəxanada Daçiçi ziyarət edib. Prezident bu barədə Tanyuq agentliyinə açıqlamasında danışıb.
“Vəziyyət ağırdır, amma həkimlərə və ona inanırıq, onun üçün dua edirik,” – deyə dövlət başçısı bildirib.

