Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiç ilə birgə mətbuata bəyanatında iki ölkənin gələcək planlarından danışıb.
Dövlət başçısı bildirib:
“Gələcək üçün aydın planlarımız var. Bu planlar siyasi, iqtisadi və enerji sahələrində münasibətlərimizin daha da möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq platformalarda bir-birimizin ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi, birgə investisiya layihələrinin həyata keçirilməsi, enerji və nəqliyyat sektorlarında yeni imkanlardan istifadə edilməsi və uzunmüddətli perspektivə hesablanmış daha güclü sinerjinin formalaşdırılmasından ibarətdir.”
Prezident əlavə edib:
“Məhz həyata keçirilən islahatların nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan, Serbiyaya böyük həcmdə investisiya yatırmağa hazırdır.”
Dövlət başçısı vurğulayıb ki, elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər iki ölkənin gələcək inkişafını təmin edir.

