ABŞ-da 1 oktyabrdan davam edən hökumətin bağlanması (shutdown) artıq ölkə iqtisadiyyatına təsir göstərməyə başlayıb.
DenMedia.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent Fox Business telekanalına açıqlamasında bildirib.
“Bu, ciddi mərhələyə çatıb. Hərbçilərin maaşlarını ödəmək üçün hökumət digər dövlət qulluqçularının əməkhaqlarını dayandırmalı oldu. Büdcəni yenidən qarışdırmaq məcburiyyətindəyik,” — deyə Bessent vurğulayıb.
Nazirin sözlərinə görə, yaranmış vəziyyət büdcə vəsaitlərinin yenidən bölüşdürülməsini tələb edir və bu da dövlət qurumlarının işini çətinləşdirir.