Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) məlumatına görə, yardım yükü ilə ilk beş avtomobil 13 apreldə İrana çatdırılıb.
Təşkilatın bildirdiyinə əsasən, İordaniyadakı anbarından göndərilən ümumilikdə 14 yük maşını təxminən 25 min nəfərin ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub. Yüklərə yorğanlar, kanistrlər, mətbəx dəstləri, brezentlər, gigiyena vasitələri, günəş enerjili lampalar, vedrələr və döşəklər daxildir.
Qeyd olunur ki, bu, son hərbi gərginlikdən sonra BQXK-nın İrana ilk yardımıdır və son altı həftədə ölkəyə daxil olan ilk sərhədlərarası humanitar göndərişlərdən biridir.
Bildirilib ki, qalan 9 yük maşını həftənin sonuna qədər İrana çatdırılacaq.

