Rusiya İrana 300 tondan çox humanitar yardım göndərir — marşrut Bakı üzərindən keçir.
Bu barədə Rusiyanın Bakıdakı səfirliyi məlumat verib. Bildirilib ki, dərman vasitələrindən ibarət yük Azərbaycan üzərindən çatdırılacaq.
Yardımın ikinci partiyası artıq yoldadır — logistika xətti Bakıdan keçir.
Məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilən yük martın 26-da Bakıdakı “Abşeron” dəmiryol stansiyasına çatacaq.
Daha sonra humanitar yardım avtomobillərə yüklənərək İrana çatdırılacaq.
Bu, Rusiya tərəfindən İrana göndərilən ikinci böyük humanitar yardım partiyasıdır.

