Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığından sonra İrana növbəti humanitar yardım göndərilib.
Yardım ümumilikdə 82 ton təşkil edir və 5 yük maşını ilə çatdırılır.
Məlumata görə, göndərilən yüklərin tərkibinə 76 ton ərzaq, 4 ton dərman vasitələri və 2 ton tibbi ləvazimat daxildir.
Bildirilib ki, yardım Novruz bayramı münasibətilə təşkil olunub və yüklərə bayram sovqatları və hədiyyələr də əlavə edilib.

