Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Maskın anası, model Maye Mask (77) Türkiyəyə gəlib.
O, “Bir Kadın Plan Yaparsa” adlı kitabının imza günü üçün İstanbula səfər edib. Maye Mask Türkiyəyə gəlişinin ilk saatlarında model və aparıcı Tülin Şahinin moda proqramının qonağı olub.
Veriliş zamanı Tülin Şahin Maye Maskla bağlı maraqlı detal açıqlayıb.

“Əslində o da modeldir, amma bunu çox adam bilmir. Biz dünyanın müxtəlif yerlərində eyni model agentliklərinə bağlıyıq. Bizi birlikdə görənlər ‘iki fərqli nəsildən olan supermodellər bir araya gəlib’ deyə şərh etdilər.”
77 yaşlı Maye Mask uzun illərdir moda sənayesində fəaliyyət göstərir və son illərdə həm də motivasiya kitabları ilə geniş oxucu auditoriyası qazanıb.

