Almaniyanın xarici işlər naziri Yohann Vadeful Berlinin ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməməsində Moskvanı ittiham edib.
Reuters agentliyinin məlumatına görə, Almaniyanın yer qazanması üçün səslərin üçdəiki çoxluğunu toplaması lazım idi. Lakin ölkə 127 səsdən yalnız 104-nü əldə edib və bununla da tələb olunan həddi keçə bilməyib.
Vadeful bildirib ki, Almaniyanın Ukraynanı qəti şəkildə dəstəkləməsi Rusiyanın bu nəticəyə təsir göstərməsinin əsas səbəblərindən biri ola bilər.
“Biz Ukraynanı qətiyyətlə dəstəkləyirik. Rusiya Təhlükəsizlik Şurasında belə bir səsi görmək istəmir”, deyə o qeyd edib.

