Bill Pult iyunun 19-da ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinin icrasına başlayacaq.
Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp daha əvvəl də Tulsi Qabbardın bu vəzifədən getməsindən sonra Pultun milli kəşfiyyata müvəqqəti rəhbərlik edəcəyini açıqlamışdı.
Yeni təyinatadək Bill Pult ABŞ Federal Mənzil Maliyyəsi Agentliyinin direktoru vəzifəsində çalışıb. Hazırda o, həmin agentliyin rəhbəri kimi fəaliyyətini davam etdirir.

