ABŞ Prezidenti Donald Tramp Oreqon ştatında artan qanunsuzluqlar və federal əməkdaşlara hücumlarla bağlı Milli Qvardiya bölmələrinin göndərilməsi barədə göstəriş verib. DenMedia.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
“Antifa və radikal solçu anarxistlər federal əmlakı qoruyan və qanunun icrasını təmin edən bizim kişilərimizə və qadınlarımıza amansız hücumlar ediblər”, – deyə ABŞ prezidenti bəyan edib.
Tramp əlavə edib ki, Milli Qvardiyanın bölmələri qanunçuluğun və qaydanın bərpası, xaosun, ölümlərin və dağıntıların qarşısının alınması üçün istifadə olunur.

